Siqaretə yox deyək
Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə tükünçəkmənin təsirindən hər 13 saniyədən bir nəfər həyatını itirir. Tütün çəkmək iştahanın pozulmasına, həzm prosesinin çətinləşməsinə, dişlərin saralmasına, mədə yarası, qırtlaq, ağciyər, dodaq, dil və qida borusu xərçənginin yaranmasına səbəb olur. Öskürmə, xroniki bronxit və ağciyərlərin emfizeması yaranır.
Tütünçəkmə, hər il ürək-damar xəstəliklərindən təxminən 2 milyon insanın ölümünə səbəb olur.
Bununla əlaqədar mürəmadi olaraq şagirdlər arasında maarifləndirici söhbətlər aparılır. Belə tədbirlərdən növbətisi bu gün məktəbin akt zalında 7-8-9-cu sinif şagirdləri üçün təşkil edildi. Seminarı məktəb psixoloqu, tibb heyəti aparırdı. Onlar Şagirdlərin nəzərinə çatdırdılar ki, tütünçəkmə ətrafdakı insanlar üçün çox təhlükəlidir. Beləki, siqaret çəkən şəxsin yanında durmaq və ya onunla təmasda olmaq nəticəsində tütünün zəhərli maddələri insan orqanizminə daxil olur ki, bu da passiv tütünçəkmə” adlanır.
Tütünün fəsadlarının nə demək olduğunu bilməyən uşaqlar onun tüstüsünü qəbul edirlər. Bu onların hələ tam formalaşmayan orqanizminə dəhşətli dərəcədə mənfi təsir göstərir, gələcəkdə bir çox xəstəliklərin yaranmasını sürətləndirir. Tütündən istifadə edən uşaqlar və yeniyetmələrdə sonsuzluq, kütbeyinlik, əsəb xəstəliklərinin riski çox yüksək olur.
Seminar zamanı şagirdlər arasında tütünçəkmənin zərərləri barədə fikir mübadiləsi aparıldı, onları maraqlandıran suallar tibb heyəti tərəfindən cavablandırıldı.