Linqafon otağında növbəti seminar

Noyabrın 15-də məktəbin ingilis dili müəllimi Sevinc Əliyeva 9 "D" sinif şagirdləri ilə linqafon kabinetində dinləmə dərsi keçirtdi. Təlimdə şagirdlər buraxılış imtahanının birinci mərhələsində baş tutacağı formatda yoxlanıldı. Mətnlə tanış olduqdan sonra onlara mövzuya əsasən suallar təqdim olundu. Test bitdikdən sonra müəllimlə birgə suallar müzakirə edildi.