14 noyabr Ümumdünya Diabet Günüdür

   2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Bu günü qeyd etmək və şagirdləri maarifləndirmək məqsədilə məktəbin valideyni həkim-pediatr Gülnarə xanım məktəbə dəvət olundu və Şəkərli Diabet xəstəliyi barədə təqdimat edərək öz faydalı məsləhətlərini verdi.

Tədbirdə eyni zamanda məktəbin 5 "A" sinif rəhbəri Gülnar Cəfərzadənin təşkilatçılığı ilə səhnəcik və mahnı da nümayiş olundu. "Kiçik Akademiya"nın fəallarının da iştirak etdiyi tədbirdə 5 "A" sinif şagirdlərilə yanaşı 8 "B" sinif şagirdləri də fəal iştirak etdi.

"Orqanların Söhbəti" səhnəciyi və "Sağlam Qida" mahnısı tədbirə gələn qonaqlar tərəfindən maraqla izləndi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi