"İngilis dili gecəsi"

   

Məktəbin cari tədris ilinin “Fəaliyyət Planı”na əsasən oktyabr ayı ingilis dili aylığı elan olunmuşdur. Fənn aylığında fənnin tədrisi vəziyyətinin yoxlanılması məqsədilə bütün xarici dil müəllimləri nümunəvi dərslər verərək şagirdlərin ingilis dilinə olan marağını daha da artırmağa çalışdılar. Bundan əlavə ay ərzində “Kiçik Akademiya”nın fəalları, eləcə də digər şagirdlər ingilis dilində şeir, mahnı hazırlayaraq 28.10.2019 tarixində "English is Fun" adlı tədbirdə çıxışlarını nümayiş etdirdilər.

İlk dəfə ötən tədris ilində həyata keçirilən "Spelling Bee" söz müsabiqəsi bu il də təşkil edildi. 5 və 6-cı sinif şagirdlərinin iştirak etdiyi yarışda ilk 3-lüyə düşənlər sertifikatla təltif olundular. Müsabiqənin əsas məqsədi şagirdlərdə ingilis dilindəki sözlərin cəld, sürətli və düzgün tələffüz bacarığının inkişaf etdirilməsi, söz ehtiyatının dərsdənkənar fəaliyyətlərlə artırılması və dostuq mühitində rəqabət bacarığının formalaşdırılmasıdır.

Müasir dövrdə ingilis dilini bilmək olduqca önəmlidir. Fənn aylığının və tədbirin başlıca məqsədi də şagirdlərin ingilis dili fənni üzrə bilik və bacarıqlarının möhkəmləndirilməsi və ingilis dilinə olan motivasiyanın artırılması oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi