Beynəlxalq məktəb kitabxanaları günü

Paytaxtın ümumi təhsil müəssisələrində çalışan kitabxanaçılar üçün "Məktəb kitabxanaçısı pedaqoqdur" adlı elmi-təcrübi konfrans keçirilib.
Beynəlxalq məktəb kitabxanaları günü münasibətilə təşkil olunan konfransda Bakı Şəhəri üzrə Təhsil idarəsinin müdir müavini Hüseyin Əsgərov, Respublika Elmi Pedaqoji kitabxanasının direktoru Tamilla İsmixanova və məktəb kitabxanaçıları iştirak ediblər.

Tədbirdə çıxış edən Hüseyn Əsgərov kitabxanaçıları müasir texnalogiyalarla tanış etmək və kitabxana işinin səmərəli təşkili məqsədilə həyata keçirilən layihələrin vacibliyini vurğulayıb.
Müdir müavini şagirdlərin mütaliəyə olan diqqətinin artırılması, yeniyetmə və gənclərin oxu vərdişlərinin daha da inkişaf etdirilməsi və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil olmasında kitabxanaların rolundan bəhs edib.

Sonra şagirdlərin mütaliəyə marağının artırılması məqsədilə reallaşdırılmış "Qızıl rəf", "Ədəbi natura", "Kitab bizim ailənin uzunömürlü üzvüdür", "Siz hələ də mütaliə etmirsiniz", "Mən oxudum, siz də oxuyun" layihələrinin qalibləri mükafatlandırılıblar.

Ötən tədris ili ərzində həyata keçirdiyi uğurlu layihələrə görə mükafatlandırılanlar sırasında məktəbin kitabxana müdiri Ülviyyə Fərəcova da yer alıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi