“Ekoloji mədəniyyət və incəsənət. Azərbaycan ekoloji tarixi və etnoqrafiyası" mövzusunda “Dəyirmi masa” keçirildi.
2016/2017 – ci tədris ilinin yanvar ayından etibarən “Ekoloji aylıqlar” layihəsinə start verilmişdir. Fevralın 27-də “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycan ekoloji tarixi və etnoqrafiyası” mövzusunda “Dəyirmi masa” keçirildi. “Eko-etnoqrafiya şagirdlərin təqdimatında”, “Ekoloji mədəniyyət və incəsənətin təbliği”, “Azərbaycanın ekoloji tarixi üzrə ən maraqlı araşdırma işi” nominasiyaları üzrə qaliblər müəyyənləşmişdir. Qaliblər müəyyən edilən zaman müxtəlif meyarlar nəzərə alınmışdır. Layihədə müxtəlif yaş qruplarına təmsil edən şagirdlər iştirak etmişdir.