2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə məktəbdə dəyirmi masa keçirilib
2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə məktəbdə dəyirmi masa keçirilib. Məktəbin direktoru, məllimlər ,məktəbdə pedaqoji təcrübəbə olan tələbələr və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən masada çıxış edənlər ölkə başçısı prezident İ.Əliyevin gənclərə göstərdiyi etimaddan və qayğıdan, gənclərin respublikanın ictimai-siyasi, eləcə də təhsil və idman sahəsindəki uğurlarından geniş söz açdılar. Ölkəmizdə gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, təhsili barədə danışanlar gələcəyin gənclərin əlində olduğunu xüsusi qeyd etdilər.