Məktəbimizdə “Nə?, Harada?, Nə zaman?” Intellektual oyunu keçirildi.
13 yanvarda “Məktəblinin Dostu” lahiyəsinin təşkilatçılıgı ilə Bakı şəhəri, 211 nömrəli tam orta məktəbdə VII, VIII, IX və X sinif şagirdlərinin iştirakı ilə “Nə?, Harada?, Nə zaman?” intellektual oyunu keçirildi. Hər biri 6 məktəblidən ibarət olmaqla ümumilikdə 18 komanda bilik yarışmasında iştirak etdi. 24 sualın nəticəsinə görə III yeri “Şedevr” komandası, II yeri “Xan” komandası, I yeri “Amazon” komandası tutdu. Oyunun sonunda qaliblər medal və sertifikatlarla təltif olundular.