II-IV sinif şagirdləri özlərini Riyaziyyat fənnindən sınayırlar.
Məktəbin illik fəaliyyət planına uyğun olaraq Bakı şəhəri 211 saylı tam orta məktəbdə 29 dekabr 2016-cı il tarixdə II-IV sinif şagirdlərinin Riyaziyyat fənni üzrə əldə etdikləri bilik və bacarıqlarını müəyyənləşdirmək məqsədilə məktəb rəhbərliyi tərəfindən “Bilik yarışı” keçirildi. Yarışa qoşulan şagirdlər bir daha özlərini sınayaraq riyaziyyat fənnindən qazandıqları bilikləri böyük ruh yüksəkliyi ilə nümayiş etdirdilər.