12 dekabr ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir
12 dekabrda məktəbin akt zalında Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin ditektoru Vaqif Babayev görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın taleyüklü məsələlərinin həllində müstəsna xidmətlərini qeyd etdi. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Heydər Əliyev dünyanın nadir, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçüb-biçilmiş qərarlarında ortaya qətiyyətli faktlar qoyurdu. Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyev hər birimizin qəlbində daim yaşayacaq. Daha sonra tədbirdə şagirdlərin ifasında musiqilər və şeirlər səsləndirildi.