8 Noyabr-Zəfər Gününə həsr olunmuş sərgi
Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi, 8 Noyabr- Zəfər Gününü qeyd etmək üçün məktəbimizdə rəsm və əl işlərindən ibarət sərgi təşkil olundu. Sərgidə məktəbin şagirdləri öz əl işlərini nümayiş etdirdilər. Sərginin keçirilməsində məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış tarixi Zəfəri əsərlərdə nümayiş etdirməkdir. Eyni zamanda, xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdir.
Sərgini məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev, müəllimlər və şagirdlər izləyiblər.