Bir kərə yüksələn bayraq bir daha enməz
Məktəbin tarix müəllimi Yaşar Quliyevin rəhbərliyi ilə 10 "E" sinif şagirdləri 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirmişlər. Tədbirdə Üçrəngli bayrağımızın tarixi haqqında söhbət açan Yaşar müəllim AXC parlamentinin 9 noyabr 1918 - ci ildə qəbul etdiyi qanuna uyğun olaraq bu bayrağın ilk dəfə Respublikamızın dövlət bayragı kimi qəbul edilməsindən , dövlətimizin bir rəmzinə çevrilməsindən danışmışdır. Həmçinin o ,dövlət bayrağının ideya məzmununu şagirdlərə bir daha açıqlamaq məqsədilə
AXC-nin Azarbaycan tarixinda gısa müddət ərzində mövcud olmasına baxmayaraq boyük işlərə imza atmasını vurğulamışdır. 1920 - ci ilin aprelinda bolşevik çevrilişu nəticəsində süqut edən sonrakl 70 illik sovet sisteminin hökmranlıq etdiyi şəraitdə belə öz ilk rüşeymlərini qoruyan Demokratik Respublikamız bu gün Yaxın Şərqdə,Avropada öz demokratik dəyərlərini dünyaya bəyan edir. Üçrəngli bayrağımızın işğal olunmuş torpaqlarda yenidən dalğalanması bir daha sübut etdi ki , “Bir dəfə qalxan bayraq bir daha enməz”
Tədbirin sonunda şagirdlər müstəqillik uğrunda şəhid olan igidlərimizi bir daha yad etmiş, onların qəhrəmanlığının heç vaxt yaddan çıxarmayacaqlarına söz vermişlər.