44 günlük şanlı mübarizə

44 günlük şanlı mübarizə tariximizi hər günü  həm sevinc , həm də kədər hissi ilə qəlblərə həkk olundu. Gənclərimizin şəhid olması xəbəri ilə sarsılan xalqımızın qəlbinə azad olan kəndlərimizin , şəhərlərimizin adı sanki su səpirdi. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün “devizini 44 gün özünə şüar seçən Azərbaycan xalqı gecə -gündüz yatmadı, dincəlmədi. Gəncə , Bərdə xalqı ilə bir yerdə” raket atəşinə tutuldu”qəhrəman əsgərlərlə birdə soyuq səngərlərdə vuruşdu, qəhrəman analarla birlikdə şəhid tabutu qarşıladı, kişi qeyrətli qadınlarla birlikdə çiynini şəhid ərinin tabutuna söykədi…. 
Xalq Presidentinin ətrafında bir yumruq kimi birləşdi…. “Dəmir yumruq”…Elə bir yumruq ki, bütün dünyanı yenidən düşünməyə  vadar etd…Böyük Ermənistan mifinidarmadağın etdi…Azərbaycan ordusunun yenilməzliyi , məğlubedilməzliyi sərhədləri keçdi. Hər dəfə alınan şəhərlərə üçrəngli bayrağımız sancıldıqca mənfur qonşularımız sanki qəflət yuxusundan oyanırdılar. Nə özləri , nə də onlara illərlə havadarlıq edənlər bu gücün qarşısında cavab verə bilmədilər.
Prezidentimizin isə siyasi sahədəki uğuru heç də cəbhədəki əsgərlərin uğurundan geri qalmırdı. Hər gün təşkil olunan görüşlər, mətbuat konfransları  bundan sonra hələ illərlə tarix kitablarının mətnlərində yer alacaq. 
44 gün ərzində Azərbaycan xalqı bir daha sübut etdi ki, o öz Prezidentinin ətrafında sıx birləşib, həmişə də bu birliyi qorumağa və müdafiə etməyə hazırdır!!!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi