Profil metodikası

31 oktyabr 2022-ci il tarixində məktəbin psixoloqları tərəfindən 8 "B" sinif şagirdləri ilə birgə "Profil" Psixodiaqnostik metodikası keçirildi. Şagirdlərə verilən tapşırıqda iştirakçılar özləri haqqında məlumatlarla vərəqi doldurur, daha sonra şagirdlər profilin müəllifini tapmağa cəhd edirlər. Məqsəd hər bir şagirdin unikal və xüsusi olduğunu, başqası kimi olmağa səy göstərməyin lazım olmadığını bildirməkdir.