Hekayəni paylaş

Şagirdlərdə özünüifadə bacarığının təkmilləşdirilməsi, ingilis dilində səlis və düzgün danışıq səriştəsinin inkişaf etdirilməsi məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Hekayəni paylaş” (“Share your story”) videotəqdimat müsabiqəsinin məktəb mərhələsi 24 oktyabr 2022-ci il tarixində baş tutub. Müsabiqədə məktəbin 4 şagirdi - Abbaslı Əli (8a), Nəhmətli Turqut (8a), Kira Kirilyuk (7d) və Amina Əziz (7d) iştirak etdi. Məktəbin komissiya heyəti tərəfindən hər bir iştirakçının videorəqdimatına baxıldıqdan sonra ən yaxşı iki şagirdin təqdimatı seçildi. Noyabr ayında baş tutacaq final mərhələsində şagirdlərimizə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi