Psixoloji test

2022-2023-cü tədris ilinin ilk həftəsində məktəbin psixoloqları Məmmədova Nuriyyə və Cəfərli Fərid tərəfindən məktəbin ibtidai sinif şagirdləri ilə "Məktəb yetkinliyinin adaptasiyası - Kern Yerasek" testi keçirilmişdir. Kern - Yerasek qrafik testinin hər 3 tapşırığı əlin incə motor bacarıqlarının inkişafını, görmə və əl hərəkətlərinin koordinasiyasını müəyyən etməyə yönəldilmişdir. Bu bacariqlar məktəbdə hərfi mənimsəmək üçün lazımdır. Bundan əlavə test ümumi mənada uşağın intellektual inkişafını müəyyən etməyə imkan verir. Tapşırıqlar eyni zamanda uşağın diqqətini yayindirmadan, onun üçün çox da maraqlı olmayan bir iş üzərində bir müddət işləyə biləcəyini müəyyən etməyə imkan verir.
Kern Yerasek testini həm qrupda, həm də fərdi qaydada tətbiq etmək mümkündür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi