27 sentybar - Anım günü
Məktəbdə 27 sentyabr - "Anım günü" ilə əlaqədar tədbir keçirilib. Məktəb kollektivi tərəfindən 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Həcər Mahmudova Azərbaycan Ordusunun əsgərlərinin 44 günlük Vətən müharibəsində göstərdikləri şücaətin hər bir Azərbaycan vətəndaşında sonsuz iftixar hissi yaratdığını qeyd etmişdir. Tədbirdə Vətən müharibəsində iştirak etmiş məktəbimizin qazi məzunları keçdikləri döyüş yolundan bəhs edib, belə tədbirlərin məktəblilərə vətənpərvər hisslərin aşılanması üçün xüsusi mənəvi dəyərə malik olduğunu bildiriblər.
Məktəbimizin UBT rəhbəri Turanə Şıxıyevanın təşkilatçılığı ilə baş tutan tədbirdə şagirdlərimiz müxtəlif şerlər ifa etmişlər.
Tədbirin sonunda qazi qonaqlarımız şagirdlərin 44 günlük Vətən müharibəsinə həsr etdikləri əl işləri ilə tanış oldular.