Şəhid Elçin Həsənli

Bu gün Şəhidlərimizin Anım Günü ilə əlaqədar 9 "B" sinfinin şagirdləri məktəbimizin şəhid məzunu Həsənli Elçin Vaqif oğlunun məzarını ziyarət etdilər. Məzarın başında vaxtilə şəhidin sinif rəhbəri olmuş Arzu Quliyeva və tarix müəllimi Gülgəz Süleymanova şəhid haqqında öz xatirələrini şagirdlərlə bölüşüblər. Şagirdlər isə şəhidlərə həsr olunmuş şeirlər söylədilər. Şəhidin qardaşının həyat yoldaşı, uşaqları Elçinin keçirdiyi döyüş yolundan danışdı. 
   Bizim hər birimizin borcudur ki, canını Vətəninə qurban verən igidlərimizi heç vaxt unutmaya! Allah bütün şəhidlərimizə rəhmət eləsin!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi