Şəhidlərin xatirəsi ehtiramla yad edildi
26 sentyabr 2022 - ci il tarixində məktəbimizin musiqi müəllimi Şəlalə İsmayılova sinif rəhbəri olduğu 6 "b" sinfi ilə birlikdə Şəhidlər xiyabanını ziyarət etmişlər. Şagirdlər əllərində qərənfillər, dillərində "Azadlıq" marşı bütün xiyabanı dolaşmış , Vətən uğrunda canından keçənləri sevgi- sayqı ilə yad etmişlər. Onlar şəhidlərimizi bir anlıq sükutla yad etdikdən sonra məzarları al qərənfillərlə bəzəmişlər. Şagirdlər Milli Qəhrəman Polad Həşimovun məzarı üstə düzlənərək Azərbaycan himnini ifa etmiş, vətənpərvərlik ruhunda olan şeirlər söyləmişlər.
Allah bütün şəhidlərimizə rəhmət etsin!