Şəhidlərin xatirəsi yad edilib

23 Sentyabr tarixində 5-ci sinif şagirdləri məktəbin tarix müəllimi, həm də sinif rəhbərləri olan Səmirə Qasımova ilə birlikdə Şəhidlər Xiyabanını ziyarətə getmişlər. Uşaqlar Şəhidlər Xiyabanında şəhidlərimizin məzarı üzərinə gül dəstələri, qərənfillər düzmüşlər. Torpaqlarımızı işğaldan azad edən şəhidlərimizin valideynləri ilə də Şəhidlər Xiyabanında söhbət etmiş, onlardan şəhidlərdən birinin atası, birinin isə anası ilə görüşmüş və maraqlı söhbətlər aparmışlar.Valideynlər şəhidimizin həyatı, onun uşaqlığı, gəncliyi haqqında şagirdlərimizə geniş məlumat vermişlər.Bu söhbətlər şagirdlərimizə ruhən, qəlbən çox böyük təsir bağışlamışdır. Uşaqlar şəhidlərin xatirəsinə Şəhidlər Xiyabanında vətənpərvərlik mövzusunda şeirlər söyləmiş, dövlət himnimizi səsləndirmişlər. Bütün şəhidlərimizə Allahdan rəhmət diləmiş, onların xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi