Vətəndaşlıq borcumuz

23 sentyabr tarixində məktəbin 8 "D" sinif şagirdləri sinif rəhbəri Düriyyə Niftəliyevanın rəhbərliyi ilə İkinci Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı Vətən müharibəsi şəhidlərinin məzarları önünə gül dəstələri qoyulub, xatirələri bir dəqiqəlik sükutla yad edilib. Eyni zamanda 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşləri zamanı şəhid olmuş general-mayor Polad Həşimovun xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi