Bəstəkarın ev muzeyində

18 sentyabr-Milli Musiqi Günü münasibətilə məktəbin musiqi müəllimi Şəlalə İsmayılova və rəhbəri olduğu 6"B"sinif şagirdləri dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyini ziyarət ediblər. Dahi bəstəkar Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır.Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.
Ev-muzeyini ziyarət edərkən məktəbimizin şagirdlərinə bələdçi Üzeyir Hacıbəylinin şəxsi əşyalarını, muzeydə olan digər əşyalar haqqında geniş məlumat verdi, şagirdlərimiz Üzeyir  Hacıbəylinin sənətinə, yaradıcılıgına bir daha dərindən bələd oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi