Şəhidlər ölməz, Vətən bölünməz!

Bu gün məktəbin kitabxanasında "Şəhidlər ölməz, Vətən bölünməz" adlı dəyirmi masa keçirilib. Dəyirmi masa məktəbin 9-cu sinif şagirdləri, tarix müəllimi Səmirə Osmanova və kitabxana müdiri Ülviyyə Fərəcova iştirakı ilə təşəkkür olunub.
2022- ci il Azərbaycan tarixinə qızıl qələmlə yazıldı. 30 ildən artıq bir zaman idi ki, torpaqlarımız işğalda, torpaqların əsl sahibləri isə qaçqın həyatı yaşayaraq Vətənində Vətənsiz qalmışdı.
Azərbaycanın qəhrəman, igid oğulları 44 gündə 30 illik həsrətə son qoydu. Torpaqlarımız şəhidlərimizin qanı ilə suvarıldı. İşğalda olan bütün rayonlarımız Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə azad edildi. Bu gün isə düşmən tərəfindən viran qoyulmuş o torpaqlarımızda quruculuq işləri tam sürətlə davam edir. Artıq bir neçə rayonumuzun daimi sakinləri öz yurd - yuvalarına, isti ocaqlarına qayıdıb, sönmüş, soyumuş ocaqlarını yenidən alışdırıblar.
Bu gün biz bu şərəfli Zəfəri şəhidlərimizin canı, qanı bahasına qazanmışıq. Onları böyük sevgi, hörmət, fəxrlə yad edirik. Onlara uca Tanrıdan rəhmət diləyirik!