Biz sülh istəyirik
21 Sentyabr bütün dünyada Sülh Günü kimi qeyd olunur. BMT-nin qətnaməsilə qeyd edilən Sülh Günü münasibətilə məktəbin 5 "B" sinif şagirdləri “ Biz sülh istəyirik” adlı tədbir keçirdilər. Sinif rəhbəri Təhminə Əliyeva və Azərbaycan dili, ədəbiyyat müəllimi Yeganə Hüseynovanın təşkilatçılılğı ilə keçirilən tədbirdə şağirdlər müharibənin insanlığa vurduğu zərərdən , yarımçıq qalmış arzulardan, yetim qalmış uşaqların acı həyatından kədərlə söz açdılar. Sülhün bəşəriyyət üçün ən lazımlı olduğu bu günlərimizdə hər kəsi dincliyə, firavanlığa, dostluğa və qardaşlığa səsləyən şeirlər söylənildi, mahnılar səsləndirildi. Kiçik qəlblərində böyük arzuları olan balaca məktəblilər əllərində sülh göyərçinləri tutaraq “Göyərçinik biz, sülhdür adımız. Göyə uçmağa, var qanadımız” deməklə səslərinin dünyanın hər yerində duyulmasını arzu etdilər. Tədbir” Biz sülh istəyirik!”şüarı ilə bitdi.