Torpaq, uğrunda ölən varsa Vətəndir

    “Qəhrəmanlarımızı tanıyaq” layihəsi həyata keçirilir. Bu məqsədlə məktəb şagirdləri ilə Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olduğu Biləsuvar rayonunun Əliabad kəndinə yollandılar. Mübarizin doğulub boya-başa çatdığı ata ocağında şagirdləri Milli Qəhrəmanımızın atası-Ağakərim baba qarşıladı. Şagirdləri onun vaxtilə yaşadığı otağa dəvət edib ondan qalan son yadigarlarla tanış etdi. Fəxrimizin keçdiyi döyüş yolundan, qəhrəmalığından söhbət açan ata və ana şagirdlərə Mübariz kimi vətənsevər, igid və ən əsası da təəssübkeş olmagı tövsiyə etdilər. Sonda şagirdlər tezliklə Mübarizsevərlərin ixtiyarına veriləcək “Mübariz İbrahimovun ev muzeyi”nin önündə xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi