Azərbaycanın Milli Qəhrəmanları

      Qəhrəmanlıq bizə tariximizin dərinliklərə uzanan qatlarından gəlir. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Cəmşid xan Naxçıvanski, Həzi Aslanov, Mehdi Hüseynzadə və adını sadalamadığımız neçə-neçə igid və cəsur oğullarımızın şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Qəhrəmanlığın əsasını qoyan amil vətənpərvərlikdir. Çünki vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.

    Bu məqsədlə 9 dekabr tarixində məktəbin tarix müəllimi Yaşar Quliyevin rəhbərliyi ilə “Azərbaycanın Milli Qəhramanları” mövzusunda kitabxanada dəyirmi masa keçirildi. Dəyirmi masada 7 “E” sinif şagirdləri Məmmədov Emil, Qədirli Nəzrin, Qasımlı Xəyalə və İsayev Ağaxan iştirak etdi.

    Mövzunun keçirilməsində əsas məqsəd tarix boyu xalqımızın öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirməsi, Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanlarının həyatını, onların qəhrəmanlığını bütün xalqımız üçün, o cümlədən, xüsusən də gənclərimiz üçün örnək bir dərs olduğunu öyrətmək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi