Məktəbdə anti-bullinq layihəsi üzrə təlimlərə start verilib
Bullinq hər şeydən əvvəl, bütün dünya ölkələrində müşahidə olunan və müxtəlif səviyyəli tədqiqatlar nəticəsində ortaya çıxan təlim-tərbiyə problemidir. Xüsusi ilə yeniyetmələr arasında geniş yayılan bullinq ciddi fiziki, psixoloji travmalara və faciələrə səbəb olur. Bununla əlaqədar olaraq məktəbdə şagirdlər arasında anti-bullinq təlimlərinə start verilib. Məktəbin psixoloqu Pəri İsmayılova 7-ci sinif şagirdləri ilə birgə mövzu ilə bağlı "Dəyirmi masa" keçirib.