Sizinlə qurur duyuruq!

       Şagirdlərdə intellektual səviyyənin yüksəldilməsi yolu ilə onların dünyagörüşlərinin təkmilləşdirilməsi, onlarda cəmiyyət hadisələrinə sağlam və obyektiv münasibətin yaradılması məqsədilə məktəbdə müxtəlif müsabiqələr və yarışlar keçirilir. Bunlara  Yasamal rayonu Gənclər və İdman İdarəsinin əsasnaməsinə uyğun keçirilən müsabiqələri aid etmək olar. Məktəbdə keçirilən bu müsabiqələrdə məktəbin 9"A" sinif şagirdi Lamiyə Məmmədova və 10"A" sinif şagirdi Dilşad Əhmədova "Azərbaycan gəncləri narkomaniyaya "yox" deyir" mövzusunda keçirilən rəsm müsabiqəsində fərqlənərək Fəxri Fərmanla təltif ediliblər. Bundan başqa "12 noyabr- Konstitusiya günü" münasibətilə keçirilən "Mən Konstitusiyanı öyrənirəm" adlı bilik olimpiadasında "11"B" sinif şagirdi  Ləman Məmmədli yüksək nəticə göstərərək 1-ci yerə, 11"A" sinif şagirdi isə Səkinə Əmirova  2-ci yerə layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi