"Nəsimi ili" çərçivəsində mütaliə saatı
Mütaliə həm ayrı-ayrı fərdlərin, həm də bütövlükdə cəmiyyətin həyatının bütün sahələrinə bilavasitə təsir edir. Buna görə də mütaliəni bəşəri problem kimi qiymətləndirmək lazımdır. Informasiyalaşmış cəmiyyətin formalaşması və tərəqqisi mütaliə prosesinin nəticəsidir. Cəmiyyətin bütün inkişaf istiqamətlərini insan təfəkkürü formalaşdırmaqla yanaşı təkmilləşdirir. Mütaliə isə insan təfəkkürünü zənginləşdirir, düşünmə qabiliyyətini artırır. Bununla əlaqədar olaraq kitabxanada Nəsimi yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib.