"Düzgün peşəyönümünün əsasları" mövzusunda təlim
Peşəyönümü gənc nəslin təlim-tərbiyə işləri sistemində mühüm yer tutan problemlərdən biridir. Onun başlıca məqsədi yeniyetmə və gənclərə həyatda öz yerini düzgün tapa bilməsi, özlərinin arzusuna, marağına, başlıcası isə qabiliyyət və bacarığına müvafiq peşə və ixtisas seçmələrində kömək göstərməkdir. Bununla əlaqədar olaraq məktəbimizdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin metodisti Tünzalə Hacıyeva "Düzgün peşəyönümünün əsasları" mövzusunda təlim keçirib. Təlimdə məktəbin 9-cu sinif şagirdləri iştirak edib.