Yol hərəkəti qaydalarını öyrənirik!

       Yol hərəkəti qaydalarının şagirdlər arasında təbliğinin gücləndirilməsi məqsədi ilə  oktyabrın 23-də məktəbdə "Yol hərəkəti qaydalarını öyrənirik!" adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimllər və Yasamal RPİ-nin DYP şöbəsinin yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kapitanı Nəbati Yaqubov, 28-ci polis bölməsinin yeniyetmələrlə iş şöbəsinin polis kapitanı Elçin Cəfərov iştirak edib. Tədbirdə şagirdlər bir-birindən maraqlı yol hərəkəti qaydaları ilə bağlı səhnəciklər, şeirlər, mahnılar təqdim ediblər. Yol nişanlarından, yol hərəkəti qayda və qanunlarından maraqla danışıblar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi