V siniflərdə diaqnostik imtahan keçirilib
Oktyabrın 26–da şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən mövcud problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, eyni zamanda məktəb özünüqiymətləndirməsinin formalaşdırılması və tətbiqi üçün zəmin yaradılması məqsədilə məktəbin V siniflərində Ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə diaqnostik qiymətləndirmə aparılıb. Şagirdlər qeyd olunmuş fənlər üzrə açıq və qapalı test tapşırıqlarını üç saat ərzində cavablandırıblar.