"I Mühəndislik və robototexnika" layihəsi məktəbimizdə

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın uğurla həyata keçirilməsi nəticəsində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir. Təcrübə göstərir ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır. Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə qalib olmuş Bakı şəhəri 60 nömrəli məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Arifə Balakişiyevanın “I Mühəndislik və robototexnika” layihəsi çərçivəsində növbəti təlimi məktəbimizdə keçirilib. Oktyabrın 18-də keçirilən təlimdə məktəbin 5-ci sinif şagirdləri iştirak edib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi