Yaşa, var ol, Azərbaycan!

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir. Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır. 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bununla da, Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi. Həmin tarixi və möhtəşəm gündən artıq 28 illik bir müddət keçmişdir. Hər il bu möhtəşəm gün məktəbimizdə də təntənə ilə qeyd olunur. Bununla əlaqədar olaraq  oktyabrın 18-də məktəbdə "Yaşa, var ol Azərbaycan!" adlı tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəna Ağazadə  bu günün tarixi haqqında məlumat verib, dövlət müstəqilliyimizin keçdiyi yoldan danışıb. Tədbirdə şagirdlərin ifasında Vətənə həsr olunmuş şeirlər söylənilib, mahnılar ifa edilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi