"Rəqəmsal bacarıqlar" layihəsi 4-cü siniflərdə
Məktəbimizdə 2019-2020-ci tədris ilindən etibarən "Rəqəmsal bacarıqlar" pilot layihəsi çərçivəsində dərslər artıq 4-cü siniflərdə də tədris olunmağa başlayıb. 2017-2018-ci tədris ilindən başlayan layihənin həyata keçirilməsində məqsəd şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Layihə şagirdlərə yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.