Yasamal rayonunda "Beynəlxalq Müəllimlər günü"nə həsr olunmuş tədbir keçirilib

      Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İdeal” şadlıq sarayında böyük təntənə ilə “Beynəlxalq müəllimlər günü” qeyd olundu. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ümumtəhsil məktəblərinin, ali və orta ixtisas məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin direktorları və müəllimləri, qocaman müəllimlər , ziyalılar, rayon ictimaiyyəti iştirak ediblər. Tədbirdə rayonun ictimai həyatında fəal iştirak etdiklərinə, gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyətlərinə və təhsilin inkişafında göstərdikləri yüksək nəticələrə görə rayonda fəaliyyət göstərən bir qrup təhsil işçiləri Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib. Məktəbimizin ana dili müəllimi Nəzakət Zeynalova da Fəxri Fərmanla təltif edilib. Məktəb kollektivi adından müəlliməni təbrik edir, ona uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi