Valideyn iclası

     Məktəb təlim tərbiyə ocağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı vətənsevər yüksək mənliyə və ləyaqatə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir. Bu cür şəxsiyyətlər o zaman tam formalaşır ki, müəllim- valideyin, məktəb-valideyn münasibətlərinin vəhdəti ön planda olsun. Bununla əlaqədar olaraq 2018-2019-cu tədris ilinin ilk həftəsində məktəbdə valideyn iclasları keçirilib. Məktəbin direktoru Rəna Ağazadə valideynləri salamlayaraq yeni dərs ilində valideyn – məktəb münasibətləri , məktəbdaxili qaydalar haqqında ətraflı məlumat verib. Məktəb rəhbərliyi valideynləri maraqlandıran sualları cavablandıraraq yeni dərs ilində məktəbdə təlim – tərbiyənin təşkilində valideynlərin rolu və vəzifələri haqqında danışıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi