Göyərçinim – sülh quşum
Sentyabrın 20-də məktəbdə şagirdlərdə insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq məqsədi ilə "Göyərçinim-sülh quşum" adlı kompozisiya keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəna Ağazadə bu gözəl gün münasibəti ilə hamıya öz xoş arzularını çatdırıb. Sonra tədbirin aparıcıları Mədinə və Ləman həmin günün yaranma tarixi haqqında geniş məlumatla çıxış ediblər. Tədbirdə 2"D" və 4"A" sinif şagirdlərinin ifasında sülh, vətənpərlik mövzusunda şeirlər səsləndirilib. 4"B" şagirdlərinin ifa etdikləri "Uşaqlıq illəri" hamının marağına səbəb olub. "Körpə göyərçin"lərin ifasında "Göyərçinik biz " mahnısı tədbirə xüsusi rəng qatıb. Sonda şagirdlər şarları və sülh rəmzi olan ağ göyərçinləri aydın səmaya uçurublar.