Məktəbdə "Bilik günü" qeyd olundu

        15 Sentyabr Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik günüdür. Ölkəmizdə yeni dərs ili başlayır. Bilik günü məktəb həyatına qədəm qoyan birincilər üçün səbirsizliklə , sevinc və həyəcanla gözlənilən , xüsusi qayği və məmnuniyyətlə , təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub,  kitablar oxuyub , şeirlər əzbərləyəcək və beləcə, ilk zəngin sədası ilə yeni həyata—məktəb həyatına qədəm qoyacaqlar. Bu əlamətdar gün məktəbimizdə xüsusi təntənə ilə qeyd olunub. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəna Ağazadə şagirdləri, valideynləri, pedaqoji kollektivi və qonaqları salamlayaraq, onlara yeni tədris ilində uğurlar arzulayıb. O, ölkəmizdə aparılan təhsil islahatlarından, təhsilə göstərilən diqqət və dövlət qayğısından danışıb. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar oxuyublar. Sonda “Bilik günü”nün ilk zəngi çalınıb və birincilər böyük sevinclə sinifə daxil olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi