Sonuncu zəng

     14 iyun tarixində ölkəmizin hər bir guşəsində olduğu kimi bizim məktəbdə də “Son zəng” tədbiri keçirildi. Son zəngin vurulması ilə 2018-2019-ci dərs ilinin başa çatması qeyd olundu. Məktəbin 11-ci sinif şagirdləri "məzun" adını qazanaraq doğma məktəbə vida etdilər. Tədbir körpə fidanların ifasında möhtəşəm kompozisiya ilə başlandı.  Azərbaycan Respublikasının Dövlət Himninin möhtəşəm sədaları  başlayan tədbiri məktəbimizin direktoru Rəna xanım Ağazadə açıq elan edərək gələn qonaqlara məktəbimizin bütün pedaqoji heyəti adından dərin minnətdarlığını, təşəkkürlərini bildirdi. Daha sonra Rəna xanım ölkəmizdə gedən hərtərəfli inkişafdan danışaraq hər bir sahədə olduğu kimi təhsil sferasına da respublika Prezidenti cənab İlham Əliyevin və onun xanımının diqqət və qayğısı olduğunu xüsusi vurğuladı. O, öz çıxışında tədbir iştirakçılarına məktəbin nailiyyətlərindən, məzunlarımızın uğurlarından bəhs edərək şagirdlərimizin müxtəlif müsabiqə və yarışların iştirakçıları olduqlarını qeyd etdi və bu müsabiqələrdə qalib gələn şagirdləri Fəxri Fərmanla təltif etdi. Buraxılış imtahanlarında yüksək nəticə göstərən məzunları təbrik edərək onlara uğurlar arzuladı. Daha sonra çıxış edən Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsi Əli Abdulov və Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi Ramin İsrafilov öz çıxışlarında məzunları təbrik etdilər, onlara əziz gündə səmimi və xoş arzularını çatdırdılar. Tədbir məzunların hazırladıqları musiqi və rəqslərlə davam etdi. Tədbirin yekununda məktəbin simvolik “Bilik Açarı”-nı məzunlar X sinif şagirdlərinə təhvil verdilər.  Sonda son zəng səsləndi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi