Məktəbdə Böyük Summativ Qiymətləndirmə yekunlaşıb

        İyunun 12-də  məktəbimizdə 2018-2019-ci tədris ilinin II yarımili üzrə Böyük Summativ Qiymətləndirilmə yekunlaşdırılıb. Böyük Summativ Qiymətləndirmənin mütəşəkkil keçirilməsini təmin etmək məqsədi ilə məktəb rəhbərliyi və fənn müəllimlərindən ibarət komissiya təşkil edilib. Müəllimlərə fənnlər üzrə sualların tərtib olunması, imtahan zamanı köçürülmənin qarşısının alınması və obyektivliyin qorunması tapşırılıb. BSQ ilk olaraq ibtidai, daha sonra yuxarı siniflərdə keçirilib. Tədris ili ərzində mənimsənilən materiallara dair tərtib olunmuş suallar əsasında keçirilən BSQ kodlaşdırılmış sistem üzrə aparılıb. İmtahan yekunlaşdıqdan sonra şagirdlərin test cavabları komissiya üzvləri tərəfindən yoxlanılaraq qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi