Məktəbdə iməclik

       İyunun 8-də Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə əsasən ümumşəhər iməciliyi Yasamal rayonunda da geniş şəkildə həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhərində yaşıllıqların salınması və onların genişləndirilməsinə olan diqqət və qayğısının bariz nümunəsidir ki, hər il paytaxtın rayonlarında minlərlə yeni ağaclar əkilir, onlara qulluq göstərilir, yeni-yeni yaşıllıq zonaları yaradılır, istirahət parkları salınır. Dövlət başçısının yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq paytaxt Bakı şəhərində, eləcə də Yasamal rayonunda ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə keçirilən iməcilikdə rayonun rəhbərliyi, idarə və təşkilatların, təsərrüfat xidmətlərinin nümayəndələri, ictimaiyyət iştirak edib. Məktəbimizdə də məktəbin pedaqoji və texniki işçi heyətinin iştirakı ilə iməclik keçirilib, kütləvi abadlıq, təmizlik işləri görülüb. Məktəbin həyətində olan torpaq sahəsi şumlanaraq yeni ağaclar əkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi