Uşaqlar bizim gələcəyimizdir

       Mayın 31-də Yasamal rayon Heydər Əliyev Mərkəzində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan yazıçısı, Yazıçılar Birliyinin üzvü, uşaq yazıçısı Gülzar İbahimova, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru,dosent, AMEA-da YAP-ın sədri Xədicə İsgəndərli və məktəbimizin müəllim və şagirdləri iştirak edib. Uşaqlar Mərkəzin Muzey bölməsi ilə tanış oldular, burada Heydər Əliyev haqqında toplanmış eksponatlar haqqında ətraflı məlumat verildi. Tədbir uşaqların ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Tədbiri giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Günel Abbasova açaraq, 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında ətraflı məlumat verdi. Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova öz çıxışı zamanı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasətinin ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin edilməsinə yönəldiyini qeyd etdi və bütün uşaqları bayram münasibətilə təbrik etdi. Məktəbimizin şagirdlərinin ifasında çıxışlar səsləndirildi. Daha sonra Gülzar nənə müəllifi olduğu nağıllardan uşaqlara danışdı. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi