Valideynin məktəbdə bir günü

       Mayın 30-da məktəbimizdə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28 yanvar 2019-cu il tarixli F-66 nömrəli əmrinə əsasən ""Valideynin Məktəbdə Bir Günü" adlı layihəsi üzrə növbəti tədbir keçirilib. Tədbir məktəbin direktoru Rəna xanım Ağazadənin 2018-2019- cu tədris  ilinin II yarımili müddətində məktəbdə görülmüş işlər haqqında hesabatı ilə başlayıb, ekranda görülmüş işlərin və keçirilmiş tədbirlərin şəkillərindən ibarət slayd nümayiş etdirilib. Valideynlərin məktəb mühitinə töhfə verə biləcək rəyləri, təklifləri dinlənilb və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Cədvəl üzrə bütün siniflərdə IV dərs "Açıq dərs" elan edilib. Valideynlər  həmin dərslərdə iştirak edərək dərs prosesini izləyiblər. Sonra valideynlər müəllimlər ilə görüşüb öz övladlarının təhsili və tərbiyəsi ilə maraqlanıblar. Qarşılıqlı fikir mübadiləsi, müzakirələr aparılıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi