"Gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılması" mövzusunda tədbir
Məktəbimizdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssiləri tərəfindən "Gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılması" mövzusularında maarifləndirmə tədbiri keçirilib. Tədbir həkim metodist Zümrüd Kazımovanın təşkilatçılığı ilə keçirilib. VI-VIII sinif qızlarının iştirakı ilə keçirilən seminarda gənclərin sağlam həyat tərzi, sağlam qidalanma, zərərli vərdişlərin insan orqanizminə vurduğu ziyan mövzusunda geniş söhbət aparılıb.