"Gənc istedadlar" Breyn-rinq yarışının final mərhələsi

        Ümumi təhsil sahəsində 2018-2019-cu tədris ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin Fəaliyyət Planına müvafiq olaraq ayrı-ayrı fənlər üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsil etmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqlarının üzə çıxarılması məqsədi ilə mayın 17-də 312 nömrəli tam orta məktəbdə 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin “Zirvə”, “Əlaçılar”, “Zəfər”, “Bilik”, “İntellekt”, “Lider” komandalarının iştirakı ilə məktəblilərin "Gənc istedadlar" breyn-rinq bilik yarışının sonuncu final mərhələsi baş tutub. Yarışın bu mərhələsi ümummilli lider , Azərbaycanı dünya miqyasında tanıdan dahi şəxsiyyət Heydər Əliyevə həsr olunub.  Məktəblilər final mərhələsində “Heydər Əliyev və Azərbaycan” başlığı altında Ulu Öndər Heydər Əliyevin həyatı , onun 1970- 80 ci illərdə Azərbaycanın sosial iqtisadi inkişafında rolu, eyni zamanda Azərbaycan Respublikasının müstəqilliyi dövründə fəaliyyətini əhatə edən sualları cavablandırıblar. Sonda bütün mərhələlərin balları toplanaraq qalib gəlmiş məktəbimizin  “Zirvə” komandasına kubok , bütün iştirakçılara isə sertifikatlar təqdim olunub. Bu qələbə münasibəti ilə şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi