Mütaliəni həyat tərzinə çevirək

      Mayın 14-də məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Maral Quliyevanın təşkilatçılığı ilə VI sinif şagirdləri Azərbaycan uşaq ədəbiyyatının banisi Abdulla Şaiqin əsərlərinin müzakirəsini keçiriblər.  Şagirdlər dramaturqun əsərlərinin qısa məzmununu danışıb, obrazlar barədə fikir mübadiləsi aparıblar. Tədbirin əsas məqsədi şagirdlərin mütaliəyə həvəsləndirilməsi, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, bədii təxəyyülünün, məntiqi təfəkkürünün inkişafında, vətəndaşlıq tərbiyəsində mütaliənin böyük rolunun olmasını diqqətə çatdırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi