Bölgənin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri
Məktəbdə şagirdlərə milli özünüdərk, milli düşüncə, milli təfəkkür və milli iftixar hissinin aşılanması məqsədi ilə mayın 8-də "Bölgənin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, tanınmış şəxsiyyətləri" adlı tədbir keçirilib. Tədbir məktəbin ana dili müəllimi Xanım Səfərovanın təşkilatçılığı ilə keçirilib. Müəllim əvvəlcə şagirdlərlə Yasamal rayonu ərazisində təzə istifadəyə verilmiş Hacı Cavad məscidində olmuşlar. Sonra məktəbdə davam edən tədbirdə şagirdlər Yasamal rayonunun tarixi abidələri, görkəmli şəxsiyyətləri haqqında ətraflı məlumat vermişlər.