Azərbaycanın dünya reytinqli idman yarışları və siyasi tədbirlərə, incəsənət layihələrinə ev sahibliyi etməsi

     Mayın 3-də məktəbdə "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planının 1.1.6. bəndinə uyğun olaraq uşaq və yeniyetmələrdə ölkəmizdə baş verən ictimai-siyasi və sosial hadisələrə, qazanılan  nailiyyətlərə obyektiv münasibətin yaradılması məqsədi ilə "Azərbaycanın dünya reytinqli idman yarışları və siyasi tədbirlərə, incəsənət layihələrinə ev sahibliyi etməsi" adlı tədbir keçirilib. Tədbirdə idman sahəsində nailiyyətləri olan bir neçə idman  və incəsənət xadimi iştirak edib. Qonaqlar arasında Cabir Novruz mədəniyyət fondunun prezidenti, əməkdar bədən tərbiyəsi və idman xadimi, professor Cavanşir Qurbanov, Təhsil Nazirliyinin nümayəndəsi Mürsəl Qurbanov, 17 qat dünya çempionu, "Ağ canavar" ləqəbli idman ustası Eduard Məmmədov, Azərbaycanın əməkdar məşqçisi, sərbəst güləş üzrə keçmiş SSRİ birinciliyinin bürünc mükafatçısı Firudin Ağasıyev, Azərbaycanda I Dünya kubokunun qalibi, "Cahan pəhləvanı" adı almış Vüqar Qurbanov, Milli Konservotoriyanın müəllimi, ustad sənətkar Nizami Əsgərov, gözəl vokal ifaçısı Şahin İsmayılov yer alıb. Olimpiya himninin sədaları altında zala daxil olan idmançıları tədbir iştirakçıları alqışlarla qarşılayıb. Aparıcılar qonaqları salamladıqdan sonra Azərbaycan Dövlət himni səsləndirilib. Ayri-ayrı şagirdlərin vasitəsilə mövzuya uyğun olaraq ətraflı məlumat səsləndirilib. Tədbirin bədii hissəsində istedadlı şagirdlərin ifasında mahnılar ifa edilib,  rəqslər nümayiş etdirilib. Məktəb idmançılarının uğurlu çıxışı tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi