Mütaliəni həyat tərzinə çevirək

       Aprelin 25-də  məktəbdə şagirdlərin mütaliə vərdişlərini formalaşdırmaq məqsədi ilə  VII-VIII sinif şagirdləri arasında "Mütaliəni həyat tərzinə çevirək" devizi altında növbəti müzakirə keçirilib.. Məktəbin kitabxanasında keçirilən tədbir ana dili müəllimi Səkinə Məmmədovanın təşkilatçılığı ilə hazırlanıb. Müzakirə zamanı şagirdlər Azərbaycanın böyük dramaturqu Cəlil Məmmədquluzadənin yaradıcılığına müraciət ediblər. Şagirdlər müəllimin köməyi ilə "Danabaş kəndinin əhvalatları", "Ölülər", "Anamın kitabı"  və başqa oxuduqları əsərləri müqaisəli şəkildə təhlil ediblər. Əsərdəki obrazlara öz münasibətlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi